Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sosial 1166
Bakı-Quba yolunda rənglənmə və təmir işlərinə start verilib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.BAKU.WS

Oxşar xəbərlər

DİQQƏT! Bakı-Sumqayıt yolunun bu hissəsində də təmir başladı

DİQQƏT! Bakı-Sumqayıt yolunun bu hissəsində də təmir başladı

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən...

1279 Sosial 10:40 29 iyun 2018

Son xəbərlər