Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək

07
yan
2019
18:32
Yanvarın 11-dən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.Bu barədə BAKU.WS-ə Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.P.Məmmədova bildirib ki, sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər:"Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək, Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir.5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub".BAKU.WS

Oxşar xəbərlər
Bakı Avtovağzal Kompleksi paytaxtın mərkəzində bilet satışına başlayıb
Bakı Beynəlxalq Avtovağzal Kompleksi avtobuslara biletləri daha bir ünvanda satmağa başlayıb.Bu barədə BAKU.WS-ə Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidm...