Bakıdan Batumiyə birbaşa avtobus reysi açılır

25
iyl
2016
14:40
Bakıdan Gürcütanın Batumi şəhərinə birbaşa avtobus reysi açılır.
Bu barədə BAKU.WS-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, həftənin 1,3 və 5-ci günləri yola düşəcək avtobusa biletlərin qiyməti 35 manat olacaq. Avtobus Bakı vaxtı ilə saat 18:00-da yola düşəcək. Mənzil başına isə ertəsi gün səhər saat 9-da çatacağı nəzərdə tutulur. İlk avtobusun nə vaxt yola düşəcəyi isə hələlik bəlli deyil.
"Sənədləri gözləyirik, yaxın günlərdə fəaliyyətə başlayacaq”, - Məhəmməd Abdullayev əlavə edib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıdan Türkiyənin kurort bölgələrinə avtobus reysləri
Bakı Beynəlxalq Avtovağzalı və "Metro" turizm şirkəti arasında aparılan danışıqlara əsasən, 20 iyuldan etibarən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bak...
