Bakı "Mirvari”si yeni görünüşdə olacaq – VİDEO

Bakı Mirvari”si yeni görünüşdə olacaq – VİDEO
Video
Sosial 5377

Bakı bulvarının məşhur "Mirvari” yay kafesi sökülür.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Daxil olan məlumatı dəqiqləşdirmək üçün ilk öncə əraziyə baş çəkdik.

Bakı
Həqiqətən də, deyildiyi kimi "Mirvari” bağlı idi və orada söküntü işləri gedirdi. İşçilərdən öyrəndik ki, kafe təmirə bağlanıb.

“Hazırda tikili sökülür. Söküntü bitdikdən sonra yeni tikili əsasında əsrarəngiz "Mirvari” kafesi tikiləcək”, - deyə iş icraçısı bildirib.

Bakı

Onun sözlərinə görə, tikinti-təmir işləri hardasa 5 ay çəkə bilər. Lakin işin dəqiq yekunlaşacağı tarix məlum deyil. Məsələ ilə əlaqədar Dənizkənarı Bulvar İdarəsilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinn rəhbəri Günay Yelmarqızı BAKU.WS-ə açıqlamasında bildirdi ki, "Mirvari” kafesi təmirə bağlanıb. “Təmirdən sonra "Mirvari” kafesi yeni görünüşdə vətəndaşların istifadəsinə veriləcək. Tikili əvvəlki kimi elə kafe kimi də istifadə ediləcək”, - deyə qurum rəsmisi bildirib. Ziya SƏCCADBAKU.WS
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər