Bakı Zooparkı tam fərqli görünüşdə olacaq - EKSKLÜZİV

Bakı Zooparkı tam fərqli görünüşdə olacaq - EKSKLÜZİV
Şou-biznes 6012
Bakı Zooparkındə təmir-yenidənqurma işlərinə başlanılıb.Bu barədə Bakı Zooparkının direktoru Azər Hüseynov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda zooparka verilən əlavə 2 hektar ərazidə təmir işləri gedir.“Həmin ərazidə işlər yekunlaşandan sonra heyvanlar yenidən qurulan yerlərə köçürüləcək. Bundan sonra zooparkın digər əraziləri təmir olunacaq. Bu zaman ola bilər ki, Bakı Zooparkı bir müddət vətəndaşların istifadəsi üçün bağlansın”, - deyə Azər Hüseynov bildirib.Yenidənqurma işlərindən sonra Bakı Zooparkı tam fərqli görünüşdə vətəndaşların istismarında olacaq.Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi KİV-də Bakı Zooparkında heyvanların baxımsızlığı, bəzi heyvanların ölməsilə bağlı fikirlər səsləndirilir. Azər Hüseynov deyir ki, bu fikirlərin hamısı əsassızdır: “Hazırda heyvanlara yaxşı qulluq olunur. Bakı Zooparkının problemi yoxdur”.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakı zooparkında meymun qəfəsində kombi quraşdırıldı (VİDEO)

Bakı zooparkında meymun qəfəsində kombi quraşdırıldı (VİDEO)

Hər il olduğu kimi, yayda qış üçün, qışda isə yay üçün hazırlıq görən Bakı Zooparkı soyuq qış günlərinə artıq hazırdır.APA TV-nin xəbərinə görə, heyvanların həy...

3123 Video 12:58 14 noyabr 2017

Son xəbərlər