DİN bağçada tərbiyəçinin körpəni döyməsi ilə bağlı araşdırmalara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.
Görüntülər insanların narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyindən (DİN) "Report"un sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.
"Yayılan görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.
Oxşar xəbərlər
Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
“Məktəb və bağçaların həyəti ovaxtkı nazir Misir Mərdanov tərəfindən ayrı-ayrı iş adamlarına satılıb”. BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında hə...