Baş epidemioloqdan A/H1N1 virusu ilə bağlı AÇIQLAMA: “Hər kəsdə var…” - VİDEO
04
fev
2019
21:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
A/H1N1 virusu ilə bağlı hər hansı bir narahatlığa əsas yoxdur.BAKU.WS-in məlumatına görə, bunu Respublikanın Baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, ölkədə heç bir yoluxucu epidemiya yoxdur. Sadəcə olaraq hazırda havaların soyuması ilə əlaqədar mövsümi qriplər var.Baş epidemioloq qeyd edib ki, qrip virusu ilə bağlı müracitlərdə də artım müşahidə edilmir.İbadulla Ağayevin sözlərinə görə, adətən noyabrdan mart ayınadək insanlar daha çox xəstələnir. Buna səbəb həmin dövrdə havaların soyumasıdır. Qripə yoluxmamaq üçün isə gigiyenik qaydalara riayət edilməlidir.Baş epidemioloq vurğulayıb ki, hər həkim və ya xəstəxana insana "Donuz qripi" ilə bağlı diaqnoz qoya bilməz. Bu cür diaqnoz yalnız Taun Əleyhinə Stansiyanın laboratoriyası tərəfindən qoyulur.BAKU.WS
Oxşar xəbərlər
Deputat əhaliyə "donuz qripi" ilə bağlı çağırış etdi
“Tək Azərbaycanda deyil, digər ölkələrdə də, xüsusilə, qış fəslində virus infeksiyalarının yayılması müşahidə olunur. Amma bizdə bu epidemiya şəklində deyil”.BA...