AzTU-nun kafedra müdiri koronavirusdan vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "report"a AzTU-dan məlumat verilib.
Bildirilib ki, H.Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.
1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib.
2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilərək ömrünün sonuna kimi işini davam etdirib.
120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsait, abituriyentlər üçün 1 test kitabının müəllifidir.
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.
Oxşar xəbərlər
COVID-19 ilə bağlı yeni komitə yaranıb
TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti ic...