"Azəriqaz": Nardarana qazın verilişi bərpa edilir

Azəriqaz: Nardarana qazın verilişi bərpa edilir
Sosial 801

 

Nardaran qəsəbəsinin əhalisinin "Azəriqaz" İstehsalat Birliyinə borcu var. Keçən il də onlarla böyük problem yaşadıq. Onların müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırdıq. Nardarana əvvəllər bir tərəfdən qaz verilirdisə, indi üç tərəfdən qazla təmin etdik.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bunu İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib. Onun sözlərinə görə, qəsəbəyə smart tipli sayğaclar quraşdırılır:

"Bu sayğaclarda belə funksiya var ki, hər ödənişdə 30% köhnə borc, 70% yeni borc ödənilir. Sakinlər 1-2 il ərzində köhnə borclarını ödəyə bilərlər", - Ə.Hacıyev deyib. 

O qeyd edib ki, dünəndən işçilər evlərdə bir-bir qazı bərpa edirlər: "Müqavilələr bağlanılır, hər biri razılaşdığı təqdirdə onların qaz təminatını açacağıq".

BAKU.WS

Oxşar xəbərlər

Nardarandan ən son xəbər var

Nardarandan ən son xəbər var

Artıq axşam saatlarından başlayaraq Nardaran qəsəbəsində meydana toplaşanların sıraları seyrəlməyə başlayıb. BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə...

2612 Hadisə 09:34 29 noyabr 2015

Son xəbərlər