Azəriqaz-dan qiymət artımı ilə bağlı rəsmi açıqlama
Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Bəs smart tipli sayğaclarda hesablama necə aparılacaq?
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələ ilə bağlı açıqlama verib.
Qurum rəsmisi deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq:
"Abonent smart tipli sayğaca pulunu köçürəcək. 1500 kubmetrə qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni, il ərzində qaz kartına yüklənən 1500 kubmetrədək (150 manatadək) qaza görə hər kubmetr 10 qəpikdən hesablanacaq. 1500 kubmetrdən sonra isə yeni qiymətlə - 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”.
Oxşar xəbərlər
Artımdan sonra işıq və qaz pulu necə hesablanacaq? – VİDEO
Tarif Şurası təbii qazın və elektrik enerjisininn ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib. ARB TV xəbər verir ki, qərara əsəsən bu kommunal sa...