Azərbaycanlı aktyor böyrəyini satır: "Banka borcum var"
Bakı Uşaq Teatrının gənc aktyoru Cavanşir Məhərrəmov böyrəyini satması barədə yayılan xəbərlərdən danışıb.
BAKU.WS xəbər verir ki, ölkə.az-a danışan aktyor belə bir fikrinin olduğunu söyləyib. Məhərrəmov bildirib ki, böyrəyini ehtiyac ucbatından satmaq qərarına gəlib:
"Banka borcum var. Ailədə üç nəfərik, işləyən təkcə mənəm. Mənim də əməkhaqqım 174 manatdır. Halbuki kirayəyə 190 manat ödəyirəm. Yeməsək, içməsək 16 manat da aylıq məvacibimin üstünə qoyub kirayə verməliyəm. Əlavə gəlirim yoxdur. Əvvəl seriala, filmə çəkilib 5-10 manat qazanırdım. İndi o da yoxdur".
Qeyd edək ki, Cavanşir Məhərrəmov 2006-cı ildən Bakı Uşaq Teatrında çalışır. 2010-2012-ci illərdə Mədəniyyət və Turizm idarəsi tərəfindən "İlin ən yaxşı aktyoru" nominasiyasında mükafatla təltif olunub.
BAKU.WS
Oxşar xəbərlər
Pyer Rişar: "Bakıda çantama qara kürü ilə dolu banka qoymuşdular"
Tanınmış fransız aktyor, komediya ustası Pyer Rişar Bakı ilə bağlı xatirələrini bölüşüb. BAKU.WS "Vestnik Kafkaza" istinadən məlumat verir ki, aktyor mətbuat k...