İlham Qasımov böyrəyilə bağlı xəbərə aydınlıq gətirdi (VİDEO)

İlham Qasımov böyrəyilə bağlı xəbərə aydınlıq gətirdi (VİDEO)
Video
Şou-biznes 2592

ATV telekanalında yayımlanan "V element” verilişinin anonsu efirə çıxan kimi, rusdilli internet saytları "OĞLAN EVİ” filminin rejissorunun böyrəyini satmasından yazmağa başlayıblar. 

Anonsda rejissor aparıcının "Deyilənə görə, filmə görə evinizi satmısız” kəlməsinə zarafatyana "Böyrəyimi” cavabını verib. Bundan sonra "Azərbaycanlı rejissor film çəkmək üçün böyrəyini satıb” başlıqlı xəbər yerli KİV-ləri və MDB ölkələrinin xəbər saytlarını dolaşıb.

Anlaşılmazlığa səbəb verilişin anonsunda ötəri səslənmiş zarafatın ciddiyə alınması olub. 

"OĞLAN EVİ” filminin rejissoru məsələyə aydınlıq gətirib. «Məndən çox adam soruşur ki, filmin davamı olacaq, ya yox? İkinci böyrəyimi nəzərə alsaq, mütləq olacaq» deyərək, İ.Qasımov cavab verib.

Replikanın səsləndiyi anons: 

Oxşar xəbərlər

Türkan Şoray və qızı Bakıya heyran qaldı (VİDEO)

Türkan Şoray və qızı Bakıya heyran qaldı (VİDEO)

Ötən axşam Türkiyənin tanınmış aktrisası Türkan Şorayın Nizami Kino Mərkəzində "Uzaklarda arama" filminin qala gecəsi baş tutub. BAKU.WS məlumat verir ki, gecə...

1673 Şou-biznes 10:21 10 dekabr 2015

Son xəbərlər