Türkan Şoray və qızı Bakıya heyran qaldı (VİDEO)

Türkan Şoray və qızı Bakıya heyran qaldı (VİDEO)
Video
Şou-biznes 1673

 

Ötən axşam Türkiyənin tanınmış aktrisası Türkan Şorayın Nizami Kino Mərkəzində "Uzaklarda arama" filminin qala gecəsi baş tutub.

BAKU.WS məlumat verir ki, gecəyə aktrisa qızı və filmin yaradıcı heyəti ilə qatılıb. Mərasimdə jurnalistlərin suallarını cavablandıran Şorayla qızı Yağmur Ünal Bakını çox sevdiklərini deyiblər:

"Mənə qarşı o qədər səmimi, isti münasibət göstərirsiniz ki, buna görə çox sevinirəm, çox xoşbəxtəm. Bakıya "Uzaklarda arama” filmimizlə gəlmişik. Filmin rejissoru mənəm, qızım da rol alıb. Film artıq nümayişdədir. Ümid edirəm azərbaycanlı tamaşaçılar filmimizi bəyənəcəklər. Ana-qız kimi bir filmdə işləmək çox həyəcanlı idi. Qızım Yağmur da bu həyəcanı hiss edirdi. Rejissor olaraq qızıma qarşı sərt tələblərimin olmasından Yağmur narazılıq etsə də, o da başa düşdürdü ki, burada artıq ana deyiləm, rejissoram”.

Filmdən sonra keçirilən press konfransda danışan aktrisa "Günəşli" yatağında həlak olmuş neftçilərin ailələrinə baş sağlığı verib:

"Dəhşətli faciədə həyatını itirən neftçilərin ölümü sizin qədər bizi də üzdü. Acınız, acımızdır. Sizinlə eyni dərdi bölüşürük. Ailələrinə Allahdan səbr diləyirəm".

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Türkan Şoray və qızı Bakıda (FOTO)

Türkan Şoray və qızı Bakıda (FOTO)

Türkiyəli aktrisa Türkan Şoray və qızı Yağmur Ünal Bakıya gəlib. "Qafqazinfo”nun məlumatına görə, aktrisa Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin...

1901 Şou-biznes 17:35 09 dekabr 2015

Son xəbərlər