Bakıda +18 filmin təqdimat mərasimi keçirildi (VİDEO, FOTO)

Bakıda +18 filmin təqdimat mərasimi keçirildi (VİDEO, FOTO)
Video
Şou-biznes 4297

 

Ötən gün "İki tüstü" filminin təqdimat mərasimi keçirilib.

BAKU.WS məlumat verir ki, ssenari müəllifi Səməndar Rzayev, rejissoru Əlisəttar Quliyev olan "İki tüstü" filmi iki gəncin başına gələn macəralardan bəhs edir. Gənclər narkotik maddə qəbul etdikdən sonra başlarına qəribə hadisələr gəlir.

Baş rollarda gənc aktyorlar Səməndər Rzayev və Nəriman Abduləliyev çəkilib. Filmdə xalq artisti Arif Quliyev də rol alıb. Xalq artisti epizodik rolda çıxış etməsinə baxmayaraq, yenə də hər kəsi güldürməyi bacarıb.

Filmin premyerasında əməkdar artist Vəfa Zeynalova, aparıcılar Şəhriyar Əbilov və Cavid Gül, aktyor Fərda Xudaverdiyev, rejissor-aktyor Ələkbər Əliyev, aktrisa Nigar Babayeva və başqa sənət adamları iştirak edib.

BAKU.WS 

Oxşar xəbərlər

Leyla Əliyeva "Bakı, mən səni sevirəm" filminin təqdimatında

Leyla Əliyeva "Bakı, mən səni sevirəm" filminin təqdimatında

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı, mən səni sevirəm" kinolayihəsinin təqdimat mərasimində iştirak edib. BAKU.WS AZƏRTAC-a istinadən m...

1318 Şou-biznes 09:45 24 oktyabr 2015

Son xəbərlər