Azərbaycan filmi mükafat qazandı
28
sen
2015
14:33
11-ci Beynəlxaql Avrasiya Film Festivalında Azərbaycan filmi iki nominassiya üzrə mükafat alıb.
BAKU.WS məlumat verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 11-ci Beynəlxalq Avrasiya Film Festivalında Elçin Musaoğlu "Nabat" filmi ilə "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. "Ən yaxşı aktrisa" mükafatı isə Fatimə Mötəmədə verilib.
"Nabat" filmində Qarabağ münaqişəsi dövrü canlandırılıb. Filmin ssenari müəllifləri İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğludur.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev mükafatlandırıldı
Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telelkommunikasiya İttifaqı,...