Azərbaycanda hələ belə komediya filmi olmamışdı (VİDEO)

Azərbaycanda hələ belə komediya filmi olmamışdı (VİDEO)
Video
Şou-biznes 6651
 

"OĞLAN EVİ: AZƏRBAYCANSAYAĞI QARƏT" kinokomediyasının treyleri bugün təqdim olunub.

BAKU.WS-in məlumatına görə, dekabrın 3-dən filmə paytaxt kinoteatrlarda baxmaq olacaq. Filmin ssenarisinə görə, 3 nəfərə Bakıda eyni mənzil satılıb. Qəhrəmanlar pullarını qaytarmaq üçün, bunu etmiş sahibkarın oğlunun toyunu qarət etmək qərarı verirlər. Baş rollarını Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev oynayan "OĞLAN EVİ" filminin rejissoru İlham Qasımovdur. 

Ssenari üzərində İ.Qasımovla bərabər Tural Sevdimalı və DJ Fateh işləyiblər. Texniki heyətinin bir hissəsini xarici mütəxəssislər təşkil edən "OĞLAN EVİ" kinokomediyasının quruluşçu operatoru Mixail Xarçenkodur. 

Filmin çəkilişləri bu ilin iyul-avqust aylarında Bakıda baş tutub. 30-dan çox fərqli məkanda çəkilimiş filmin montajı, rəng korreksiyası və səs redaktəsi payızda edilib. Filmdə, həmçinin, Abbas Qəhrəmanov, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar DJ Fateh və Mətanət Əliverdiyeva rol alıblar.

Qışın ilk həftəsində ekranlara çıxan filmin üzərində beynəlxalq komanda çalışdığından, ulduzlu aktyor heyəti cəlb olunduğundan və treylerindən də göründüyü kimi, "OĞLAN EVİ: AZƏRBAYCANSAYAĞI QARƏT" ilin ən gözlənilən kinokomediyasıdır. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda +18 filmin təqdimat mərasimi keçirildi (VİDEO, FOTO)

Bakıda +18 filmin təqdimat mərasimi keçirildi (VİDEO, FOTO)

Ötən gün "İki tüstü" filminin təqdimat mərasimi keçirilib. BAKU.WS məlumat verir ki, ssenari müəllifi Səməndar Rzayev, rejissoru Əlisəttar Quliyev olan "İki tü...

4297 Şou-biznes 13:44 11 noyabr 2015

Son xəbərlər