Azərbaycanda universitetdə hicablı tələbələrə qadağa qoyuldu

Azərbaycanda universitetdə hicablı tələbələrə qadağa qoyuldu
Sosial 3762
Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib.BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı universitetinin mətbuat xidməti Lent.az-a rəsmi açıqlama verib.Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində “Təhsilalanların daxili intizam Qaydaları”nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər