Azərbaycanda uşaq avtomeydançaları yaradılacaq

08
yan
2019
21:32
Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq.Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.Sənəddə vurğulanır ki, yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.Həmçinin 2019-2020-ci illərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydası hazırlanacaq, belə yerlər ölkənin müxtəlif ərazilərində yaradılacaq.BAKU.WS
Oxşar xəbərlər
Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaq
Azərbaycanda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkətin sıxlığı azaldılacaq.Trend-in məlumatına görə, bu barədə Prezident İlham...
