Azərbaycanda telekanal bağlandı
27
dek
2018
18:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. BAKU.WS xəbər verir ki, şuradan "Report"a verilən məlumata görə, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq, REGİON TV MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.BAKU.WS
Oxşar xəbərlər
Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq
“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.BAKU.W...