Azərbaycanda kurrikulum sisteminin ləğvi söz-söhbətinə RƏSMİ AÇIQLAMA

Azərbaycan təhsilində kurrikulum sisteminin ləğvi gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, 2018-ci ilə qədər şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb.
Təhsil Nazirliyindən məsələ ilə bağlı BAKU.WS-ə verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Ümumiyyətlə kurrikulum sisteminin ləğvi kimi bir məsələ müzakirə mövzusu deyil.
Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Məcburi köçkün tələbələrə ŞAD XƏBƏR: Təhsil haqqlarının ödəniş qaydası ilə bağlı rəsmi açıqlama
Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər. BAKU.WS xəbər verir ki, bu haqda Modern.az-...
