Azərbaycanda həvəskar balıq ovuna məhdudiyyətlər qoyulub
Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də sərt məhdudiyyətlər yer alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (santimetrlə) aşağıdakı kimidir:
Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
BAKU.WS
Oxşar xəbərlər
Sakinlər icra başçısının müavininin balıq gölünü dağıtdılar
Ağdaş rayonunda sünü balıq gölü sakinlər tərəfindən dağıdılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Avad kəndi ərazisində qeydə alınıb....