Azərbaycanda bir milyon manata retro avtomobil satılır – VİDEO
22
dek
2018
14:47
Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən “Çayka” markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.1973-cü ildə istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. Bu avtomobil öz dövründə dövlət və hökumət adamları, nazirlər üçün nəzərdə tutulub.Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə – bir milyon manata satmaq niyyətindədir.Rusiyanın Qorki avtomobil zavodunun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural “Çayka” avtomobili ilə paytaxtdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı - "Çayka"nın qiyməti 85 min manatdır - VİDEO
Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromi...