Azərbaycanda 30-a yaxın kənd təhlükə qarşısındadır

Azərbaycanda 30-a yaxın kənd təhlükə qarşısındadır
Sosial 1147
 

Gədəbəyin 30-a yaxın kəndində sürüşmə fəallaşıb. Həmin kəndlərin 25-ə yaxını Azərbaycanın Ermənistanla təmas xəttində yerləşir.

Bu barədə Trend-ə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev bildirib ki, son dövrlərdə rayonun Hacılar, Əyridərə, Sonalar, Qaravəlli, Göyəlli, İsalı, Zamanlı, Kilsəli, Arabaçı və s. kəndlərində sürüşmələr fəallaşıb və hazırda bu fəallıq davam edir: "Sürüşmə sahələrinin fəallaşması bu il may-iyun aylarında yağan güclü yağışlardan sonra qeydə alınır. Sürüşmənin baş verdiyi kəndlərin 25-ə yaxını Ermənistanla təmas xəttindədir. Sürüşmələr bu kəndlər üçün problemlər yaradıb. Ona görə də müvafiq tədbirlər görülməlidir ki, əhali təmas xəttində yerləşən bu kəndlərdən köçməsin”.

İnstitutun şöbə müdirinin sözlərinə görə, dağlıq ərazi olan Gədəbəyin sürüşmə baş verən əraziləri vaxtı ilə meşə olub, indi isə həmin ərazilər meşədən azad olmuş sahələrdir. Buna görə də hazırda Gədəbəydə sürüşmələr çox fəallaşıb: "Sürüşmələrin baş verdiyi hazırkı ərazilərdə əvvəllər sürüşmələr olmayıb. Burada xırda uçqun kimi yerlər var idi. Amma indi həmin ərazilərdə sürüşmələr yaranıb və fəallaşıb. Əvvəllər Hacılar kəndində 2 sürüşmə yeri var idisə, indi isə sürüşmə sahələrinin sayı 10-15-ə çatıb”.

N.Paşayev qeyd edib ki, sürüşmələrin intensivləşdiyi ərazilərin çoxu biçənək, otlaq sahələri və avtomobil yollarının kənarlarıdır. Buna görə də sürüşmələr əkin sahələrinə və avtomobil yollarına daha çox ziyan vurur.

BAKU.WS

Oxşar xəbərlər

Bakı və Abşerondakı təhlükə - SON VƏZİYYƏT

Bakı və Abşerondakı təhlükə - SON VƏZİYYƏT

Respublika ərazisində mühüm sürüşmə obyektlərinin vəziyyəti haqqında iyul ayına olan vəziyyət açıqlanıb. BAKU.WS bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

1881 Hadisə 15:16 01 avqust 2016

Son xəbərlər