Azərbaycanda böyük zeytun bağları salınacaq
"Azərbaycanda ildən ilə artan əhalini ərzaqla təmin etmək üçün kifayət qədər məhsul olmalıdır. Əhalinin ərzaqla təminatında aqrar sahədə səhvlərə yol verilməməlidir”. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun şöbə müdiri Əsəd Musayev Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib. Ə. Musayev ərzaq yağı ilə bağlı problemin həlli üçün yeni zeytun sahələrinin salınmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanın bir çox bölgəsində, xüsusilə Abşeron yarımadasında bunun üçün əlverişli yerlər var: "Ölkədə ən azı 10 min hektarda zeytun sahəsi salmaq olar. Hazırda Azərbaycanda 2 min hektarda zeytun sahəsi var”. Şöbə müdiri əlavə edib ki, Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır. Onların Aran rayonlarında salınmasının düzgün olmadığı deyən Ə. Musayev qeyd edib ki, dünyanın inkişaf edən və aqrar sahəyə diqqət yetirən ölkələrində də üzüm sahələrinin dağlıq və dağətəyi ərazilərdə salınır: "Cəlilabadda geniş üzüm sahələri salınır ki, bu da düzgün deyil. Çünki Cəlilabad taxılçılıq üçün daha əlverişlidir”. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan qaçan MTN əməkdaşı Moskvada həbs olundu (VİDEO)
Rusiyada ləğv edilmiş MTN əməkdaşı ələ keçib. BAKU.WS-in məlumatına görə, Moskvanın Pervomaysk kəndində saxlanılan gənc haqqında Azərbaycanda fırıldaqçılıq itt...