Azərbaycan Turizm Assosiasiyası xüsusi “Şərəf nişanı” ilə təltif edildi - FOTO

Azərbaycan Turizm Assosiasiyası xüsusi “Şərəf nişanı” ilə təltif edildi - FOTO
Sosial 1124
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov Azərbaycan Turizm Assosiasiyasının rəhbərliyini qəbul edib. Görüş zamanı Arif Məmmədov AZTA-nın mülki aviasiya sahəsində fəaliyyətini yüksək qiymətləndirib və bu fəaliyyətin gələcəkdə mülki aviasiya sahəsinin genişləndirilməsində, eləcə də turizm sənayesinin inkişafında rolunun vacibliyini qeyd edib. Tərəflər bundan sonra da ölkənin aviasiya sahəsinin inkişafı üçün birgə fəaliyyət barədə razılığa gəliblər.Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov AZTA sədri Nahid Bağırovu, sədrin müavini Göydəniz Qəhrəmanovu və AZTA-nın aviasiya şirkətləri ilə iş üzrə komitəsinin rəhbəri İbrahim Əliyevi mülki aviasiya sahəsindəki xidmətlərinə görə “Şərəf nişanı” ilə təltif etdi.BAKU.WS

Son xəbərlər