DAK və Türkiyə Mülki Aviasiya Baş Direktorluğu arasında Anlaşma Memorandumu imzalandı
30 may 2017-ci il tarixində Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən qərargahında Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu arasında uçuşa yararlıq sahəsində Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Memorandum Tərəflərin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş standartların və prosedurların qarşılıqlı öyrənilməsi üzrə uzunmüddətli fəaliyyətinin nəticəsidir. Sözügedən memorandum tərəflər arasında bu sahədə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.
Memorandum Tərəflərin hava gəmilərinin sertifikasiyası üzrə DAK-ın Aviasiya Registri və Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğnun Uçuşa Yararlılıq Departamenti tərəfindən hazırlanan İş prosedurlarının imzalanması niyyətini təsbit edir. Bu, Rusiyanın Ка-32А11ВС helikopterlərinin Türkiyəyə tədarükü layihəsini reallaşdırmağa imkan verəcək. Türkiyə tərəfinin layihədə marağı bir daha təsdiq edilmişdir. Ка‑32А11ВС helikopteri DAK-ın Aviasiya Registri və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) etibarlı sertifikatına malikdir ki, bunun da sayəsində helikopter Avropanın və dünyanın bir çox ölkəsində uğurla istismar olunur. Son vaxtlar onun "yanğınsöndürən" variantı xüsusilə tələb olunandır.
Tərəflər istər uçuşa yararlılıq, istərsə də uçuşların təhlükəsizliyinin təmin olunması üzrə digər sahələrdə gələcək səmərəli əməkdaşlığa əminliklərini ifadə etmişdirlər.
BAKU.WS
Oxşar xəbərlər
“Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirib
"Silk Way Airlines” aviaşirkəti Bakıdan Cibutiyə ilk yük aviareysini yerinə yetirmişdir. Bu, hər iki ölkə arasında hər həftə müntəzəm reyslərin yerinə yetirilmə...