Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib

Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib
Foto
Sosial 309

5 dekabr 2019-cu il tarixində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.

BAKU.WS xəbər verir ki, forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

Tədbir Dövlət Himninin oxunması və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən video-çarxın nümayişi ilə başlanıb.

“Azərbaycan Könüllülük Həftəsi”nin həm-təşkilatçıları - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti diqqətə çatdırılıb, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Məlumat verilib ki, həftə çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilmiş, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil edilmiş, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirimlisidir. Ümumilikdə tədbirlərdə 10 mindən artıq gənc könüllü iştirak etmişdir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər

Oxşar xəbərlər

“Könüllülük Sərhəd Tanımır!”

“Könüllülük Sərhəd Tanımır!”

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin b...

271 Sosial 10:11 06 dekabr 2019

Son xəbərlər