"Azərlotereya"da yeni təyinat
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərlotereya" ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edililib.
O, bundan öncə PAŞA Sığorta şirkətində Rəqəmsal və pərakəndə biznes blokunun rəhbəri vəzifəsində çalışıb. Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də Dövlət Neft Fondu və "Azercell Telekom" MMC-də müxtəlif vəzifələr üzrə fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən "Azərlotereya" Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan 225-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında "Azərlotereya" yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş "Azərlotereya"da rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir.
"Azərlotereya" üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin "Scientific Games", "Demirören Holding" və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
"Azərlotereya"da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.
Oxşar xəbərlər
Burada dəniz qurtarmır, quru başlayır - "Sükut adası"ndan reportaj
Uzun yoldan heç vaxt qorxmamışam. Hər gün şəhərin mərkəzinə 2 saat, bəzən daha çox yol gedib-gələn biri üçün bu, normaldır. Əsas odur ki, yol boyu nə edəcəyimi...