"Azərişıq": Güclü külək və yağışın yaratdığı qəzalar aradan qaldırılır

Ölkə ərazisində aprelin 15-dən başlayan kəskin hava şəraiti ilə bağlı yaranmış elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün "Azərişıq" ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
BAKU.WS quruma istinadən xəbər verir ki, Səhmdar Cəmiyyət bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib.
Həmçinin "Azərişığ"ın qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər. Bəzi hallarda isə yağışla müşaiyət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir.
"İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı bir çətinlik zamanı "Azərişıq" ASC-nin "199" Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etsinlər. 24 saat fəaliyyət göstərən "199" Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir", - deyə məlumatda deyilir.
Qeyd edək ki, ölkə ərazisində aprelin 15-dən başlayan kəskin hava şəraiti demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.
Qalereya
Oxşar xəbərlər
900-dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bacarıqlarını inkişaf etdirib
KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarların müvafiq sahədə bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması və təkmilləşdiril...