“Azəriqaz” maska məsələsinə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günlərdə sosial şəbəkələrdə bəzi iqtisadçı-ekspertlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Oğuz rayonundan olan vətəndaşlarla onlayn qəbul keçirərkən otaqda tibbi maskadan istifadə etməsini tənqib ediblər.
"Azəriqaz" rəhbərinin qapalı şəraitdə tibbi maskada oturması ciddi qəbul olunmayıb. Bununla belə, bir çox sosial şəbəkə istifadəçiləri R.Əliyevin tibbi maska taxmasını vacib sayıblar.
Məsələ ilə bağlı İstehsalat Birliyindən “Report”a bildirilib ki, baş direktor qəbul keçirərkən otaqda digər rəhbər şəxslər olduğundan, o tibbi maskadan istifadə edib.
"Qapalı yerlərdə karantin rejiminin tələblərinin gözlənilməsi şərtdir. Belə fikir səsləndirmək dardüşüncəlilikdən irəli gəlir və onu iqtisadçı-ekspertlərə yaraşdırmırıq. Hər bir məsələnin mahiyyətinə varmaq, sonra fikir səsləndirmək lazımdır. Əgər kimlərsə koronavirus pandemiyası ilə bağlı dövlətimizin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini məsxərəyə qoyursa, müvafiq qurumların belə çirkin təbliğat sahibləri barədə ölçü götürməsi fikrimizcə vacibdir”, - deyə "Azəriqaz" bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...