Azərbaycanlı professor koronavirusdan vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov koronavirusdan vəfat edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu haqda Universitetin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Vaqif Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub.
O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.
Oxşar xəbərlər
Koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilən Pərviz Abbasov kimdir?
Xəbər verdiyimiz kimi, "Yeni klinika” tibb müəssisəsinin direktorunun qanunsuz əməlləri ifşa edilib. Baş prokurorluğun məlumatına görə, Yeni klinika Publik Hüqu...