Azərbaycanlı məşhurlardan tibb işçilərinə möhtəşəm dəstək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanı ağuşuna alan COVİD -19 virusu ölkəmizdə də yayılıb. Bu virusla mübarizədə ən böyük qəhrəmanlığı isə tibb işçiləri göstərir. Hətta onları gözə görünməz qəhrəman da adlandırırlar.
BAKU.WS xəəbər verir ki, "azxeber.com" informasiya portalı həkimlərimizə dəstək kampaniyasına başlayıb.
Saytın baş redaktoru Hacıbəy Heydərli deyib ki, kampaniya həkimlərə təşəkkür məqsədi ilə başladılıb:
"Bilirsiniz ki, bu günlərdə ən böyük yük tibb işçilərinin üzərinə düşür. Onlar gecə-gündüz demədən çalışırlar. Biz də istədik ki, azxeber.com olaraq bu işdə onlara stimul verək, təşəkkürümüzü bildirək”.
Videoda məşhurlarımız xalqı evdə qalmağa və tibb işçilərinə dəstəyə çağırıblar.
Əməkdar artist Fərqanə Qasımova, müğənni Xatun Əliyeva, Ayan Babakişiyeva, Zamiq Əliyev, Mina Hüseyn, aparıcı İsa Şükürov, produser Tarix Əliyev, aktisa Pərvin Abıyeva və məşqçi Kamil Zeynallı bu layihədə yer alıb.
Sözügedən videoçarxı təqdim edirik:
Oxşar xəbərlər
Ev hayvanından COVID-19-a yoluxa bilərikmi? - ALİMLƏRİN CAVABI
Koronavirus infeksiyası və onun törətdiyi xəstəliklə bağlı (COVİD-19) səhiyyə işçilərinin məlumatlığı hər gün artmaqdadır. BAKU.WS xəbər verir ki, alimlərin əl...