Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib.
“Report”un əldə etdiyi məlumata görə, sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.
Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti isə 4 490 ABŞ dollarıdır.
Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.
Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Oxşar xəbərlər
İlham Əliyevdən YENİ VACİB QƏRAR
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...