Azərbaycanda uşaqlar kütləvi vaksinasiya olunacaq? - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulacaq.
BAKU.WS xəbər verir ki, lakin bəzi uşaqların vaksin vurdurması məsləhət görülmür.
“ABR 24”də yayımlanan “İşgüzar səhər” verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov bu məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Onun sözlərinə görə, ilk növbədə müəyyən dərman preparatları qəbul edən uşaqların valideynləri həkimlə məsləhətləşməlidirlər ki, həmin uşaqlara vaksin vurula bilər, yoxsa yox: "Buna nisbi əks göstəriş deyilir. Eyni qayda böyüklərdə də tətbiq olunur".
Oxşar xəbərlər
Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq - RƏSMİ
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam ed...