Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq - RƏSMİ

Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq - RƏSMİ
Sosial 354

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib:

1. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

2. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda yeniyetmələrin vaksinasiyasına başlanıldı

Azərbaycanda yeniyetmələrin vaksinasiyasına başlanıldı

Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer (“Comirna...

289 Sosial 11:12 08 sentyabr 2021

Son xəbərlər