Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək

01
yan
2022
00:34
Bu gündən Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.
BAKU.WS xəbər verir ki, bu, yanvarın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə əksini tapıb.
Belə ki, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.
Oxşar xəbərlər
Qumar oynayanlar üçün cərimə ARTIRILDI - MƏBLƏĞ
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılır. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, sabah Milli Məclisdə üçüncü oxunuşda müz...
