Azərbaycanda oyun kompüterlərinə olan tələbat artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Data Corporation İnternational (İDC) şirkətinin analitik mərkəzi EMEA (Avropa, Rusiya, Yaxın Şərq və Afrika) regionunda oyun kompüterləri və noutbuklarına rekord tələbatı qeydə alıb. Birinci rüb ərzində bu regionda geymer kompüterlərinə tələbat 1,5 dəfə artmışdı.
Ən yüksək tələbat Mərkəzi və Şərqi Avropada qeydə alınır - oyun PC-lərinin sayı bir il əvvəlkindən 64,8% artıqdır.
Tut.az Pulsuz Elanlar Saytının kompüter mağazaları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, yerli bazarda həmçinin müsbət dinamika qeydə alınmışdı: cari ilin 6 ayı ərzində oyun noutbuklarına olan tələbat ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, iki dəfə artıb. Özü də portativ kompüterlərin satışının 50% artması ilə bərabər oyun noutbuklarının satışı 75% artıb.
Texnika satışı üzrə ən iri resurslardan biri olan Almalı Store-un satış bölməsindən xəbər verildiyi kimi, son zamanlar oyun kompüterləri və noutbuklarından əlavə, Play Station 5 kimi oyun konsollarına olan tələbat da xeyli artıb.
Oxşar xəbərlər
Tut.az endirimlər mövsümünü açır: seçilmiş mağazalardan yüzlərlə məhsula 20%-dək endirim
Tut.az Pulsuz elan saytı seçilmiş mağazalardan yüzlərlə məhsul üçün xüsusi təkliflər edir.Yenilik sayəsində sayt ziyarətçiləri təklif olunan məhsulları böyük en...