Azərbaycanda “Omikron” ştammı aşkarlanıb? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda bütün vaksinlər “Omikron” ştammından qoruyur”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov “COVID-19 - Omikron ştammı” mövzusunda çıxışında deyib.
O bildirib ki, vaksin yoluxmadan, ağır xəstəlik və ölüm hallarından yüksək faizlə qoruyur: “Buster doza gücləndirici dozadır. Var olan immun cavabın daha da qüvvətləndirilməsi üçün vurulur. Bu, COVID-19-a spesifik olan bir şey deyil. Digər xəstəliklərə qarşı da zamanla, 10 il aralıqla peyvəndləri təkrarlayırıq”.
İnfeksionist qeyd edib ki, hazırda Azərbaycanda “Omikron” ştammı aşkarlanmayıb.
Oxşar xəbərlər
Koronavirusun fərqli ştamlarından qorunmaq üçün buster doza ilə peyvəndlənmə tövsiyə edilir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiyası nəticəsində müxtəlif ştamlar ortaya çıxır. Ona görə də dünyada, eləcə də Azərbaycanda koronavirusun fə...