Azərbaycanda məktəbdə rüşvət qalmaqalı - Direktorun ŞOK SƏSYAZISI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub.
BAKU.WS xəbər verir ki, direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər.
Səs yazısı yayılan şəxsin 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürova olduğu iddia edilir. Direktor guya Gigiyena və Epidemologiya şöbəsinin məktəbə gəldiyini və onlara cərimə yazadığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara veriliəcəyi açıqlanır.
Faktı "Xəzər Xəbər"ə Sumqayıt şəhər Təhsil şöbəsi də təsdiq edib. Qurumdan həmin məktəbdə yayılan səsin həqiqətən Arzu Şükürovaya aid olduğu müəyyən edilib.
Verilən qəra əsasən direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad ediliblər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...