Azərbaycanda məhbuslara işgəncə verilməsilə bağlı məsələyə RƏSMİ AÇIQLAMA
28
sen
2019
11:01
Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.BAKU.WS xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:“Heç bir işgəncədən söhbət gedə bilməz. Nəinki 13 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində işgəncə faktı ola bilməz.Bu, çox absurd iddiadır. Hər bir cəzaçəkmə müəssisəsində “Qaynar Xətt” var. İşgəncəyə məruz qalan dustaq varsa, o “Qaynar Xətt”lə nəinki Penitensiar Xidmətə, daha yuxarı instansiyalara da müraciət edə bilər. Ora gələn müraciətlər dərhal yoxlanılır.Yenə də qeyd etmək istəyirəm ki, Penitensiar Xidmətin heç bir cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz”.Qeyd edək ki, sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun dustaqlara işgəncə verməsi ilə bağlı məlumatlar yayılıb.
Oxşar xəbərlər
Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - VİDEO
Son günlər sosial şəbəkələrdə gedən müzakirələrdə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların qida rasionu gündəmə gətirilib. Bəzi keçmiş məhkumlar dustaql...