Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - VİDEO
19
mar
2019
14:36
Son günlər sosial şəbəkələrdə gedən müzakirələrdə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların qida rasionu gündəmə gətirilib. Bəzi keçmiş məhkumlar dustaqlara ümumiyyətlə ət verilmədiyini iddia edir. Digərləri isə bayramdan bayarama toyuq əti verildiyini bildirir. Hər gün yaxınlarının cəzaçəkmə müəssisələrinə müxtəlif qidalardan hazırlanmış bağlamalar gətirmək məcburiyyətini isə məhkumların qida rasionunun zəif olması ilə əlaqələndirirlər.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov dustaqlara verilən qidaların siyahısı normativə uyğun hazırlandığını bildirib: “Məhkumların qidalanması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalar əsasında həyata keçirilir. Məhkumların qida rasionunda ət, toyuq, balıq, müxtəlif çeşidli tərəvəzlər var. Eyni zamanda, azyaşlı məhkumlar, hamilə qadınlar, diabet xəstələri üçün ayrıca yeməklər hazırlanır. Müalicə müəssisəsində saxlanılan, vərəmli, infeksiyalı və digər profilli xəstələr üçün tamam başqa menyuda xörəklər hazırlanır. Onlar gücləndirilmiş dietadan istifadə edirlər. Onların səhhətinin, fiziki durumunun normal saxlanılması üçün çox yaxşı qida lazımdır. Bildiyiniz kimi, vərəmli məhkumlar çox sayda dərman pereparatları qəbul edirlər. Bu cür xəstələrə şokoladdan tutmuş süd məhsullarına qədər hər şey verilir”. M.Sadıqov qeyd edib ki, “məhkumlara ət verilmir!” iddiasında olanlar həqiqətə uyğun olmayan məlumatlar yayır: “Məhkumun həftələrlə ət yeməməsi kimi bir hal qətiyyən ola bilməz. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında bişirilmiş qidalar orada saxlanan məhkumların tam fiziki durumda olmasına kifayət edir”. Şöbə rəisi “bayram günlərində məhkumların qida rasionu hansı şəkildə təşkil edilir” sualını belə cavablandırıb: “Milli bayram günlərində hər bir müəssisədə müdiriyyətin təşəbbüsü ilə bayram süfrələri açılır. Menyuda aş-qara, müxtəlif növ şirniyyatlar və s. olur. Nəinki məhkumlar üçün, hətta mühafizə alayının və konvoy taborunun əməkdaşları üçün də bayram süfrələri təşkil olunur”. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda həbsxana rəisinə sui-qəsd - Xəbərdarlıq məktubu göndərilib
Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib. "...