“Azərbaycanda 6 yeni həbsxana tikilir” - Açıqlama
"Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”.
"Qafqazinfo” xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O, bildirib ki, həbsxanalar müxtəlif bölgələrdə - Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikilir ki, vətəndaşlar çox əziyyət çəkməsin.
Həbsxanada baş verən ölüm halları ilə bağlı suala rəis müavini belə cavab verib: "Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.
H. Əlixanov onu da bildirib ki, azadlığa çıxan məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min nəfəri işləyir.
BAKU.WS
Oxşar xəbərlər
13 saylı “zon”a xüsusi təyinatlıların yeridilməsi xəbərinə - Reaksiya
Bu gün mətbuatda Pentensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlıların yeridilməsi ilə bağlı məlumat yayılıb. Yayılan məlumatda həmin müəss...