Azərbaycanda ilk dəfə: Bu qurum regionlarda “Açıq mikrofon”lar quraşdıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 4-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətnin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, eyni zamanda buna “Açıq mikrofon” aksiyası da deyə bilərik: “Səyyar qəbul otaqları”nın təşkilində əsas məqsəd, vətəndaşların şikayət və problemlərini rahat şəkildə çatdırmasına şərait yaratmaq və onların mövcud problemlərinə operativ reaksiya verməkdən ibarətdir. Vətəndaşların əsas avantajı ondan ibarət olacaq ki, onların “Açıq mikrofon” vasitəsilə dilə gətirdiyi problemlər birbaşa “Azəriqaz” İB-nin baş direktoru və müavinləri səviyyəsində dinləniləcək və həlli üçün #müvafiq göstərişlər veriləcək, icrasına birbaşa nəzarət olunacaq".
O bildirib ki, “Səyyar qəbul otağı” ilk olaraq Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeni yaşayış massivində ("Ucuzluq" marketin yanı) reallaşacaq: Bu ərazidə yaşayan sakinlər avqustun 4-də saat 10:00-dan 13:00-a qədər “Açıq mikrofon”umuzun imkanlarından istifadə edə bilərlər".
Qeyd edək ki, “Səyyar qəbul otaqları” ölkənin bütün regionlarını əhatə edəcək. “Açıq mikrofon”lar quraşdırılacağı məkanların ünvanı əvvəlcədən elan olunacaq.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...