Azərbaycanda iki məktəbə məşhur şəxslərin adları verildi
09
fev
2026
16:43
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycan Xalq artisti Elza İbrahimovanın adı verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bundan başqa, digər qərarla Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti həmçinin Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti qərardan gələn məsələləri həll etməlidir.
Qalereya
Oxşar xəbərlər
Nazirliklər işçi axtarır: 4000 manata yaxın maaş
Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerlər...