Azərbaycanda hərbçilərin maaşı artırılıb - FƏRMAN/VİDEO

07
noy
2023
11:39
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
DSX-nin hərbçilərinin maaşları 20 faiz artırılıb
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayı...
