Azərbaycanda həkim və müəllimlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İşlə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması hədəflənir.
BAKU.WS xəbər verir ki, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər"ə bildirib ki, dövlət orqanlarında yaşı 65-dən yuxarı olan şəxslərin əmək fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərara yenidən baxmaq lazımdır.
Komitə sədri qeyd edib ki, elə sahələr var ki, orda işçi qüvvəsinə ehtiyac var. Millət vəkili bölgələrdə xüsusilə həkim və müəllimlərə ehtiyacın olduğuna diqqət çəkib.
Musa Quliyev əlavə edib ki, yaş məhdudiyyəti ilə bağlı tibb və təhsil işçilərinin müraciətləri hökumətə təqdim edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...