Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar

Azərbaycanın rayon və şəhərləri üzrə 2025-ci il aprel ayının 1-nə olan orta aylıq nominal əmək haqqı üzrə göstəriciləri məlum olub.
BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir.
Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 485.6 manat təşkil edir.
Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 570.3 manatdır.
2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın rayon və şəhərlərində orta aylıq əməkhaqqı siyahısını təqdim edirik:
Rayon və şəhərlər
Orta aylıq nominal əməkhaqqı (manatla)
Bakı şəhəri
1 357.3
Naxçıvan şəhəri
890
Babək rayonu
728.5
Culfa rayonu
741.7
Kəngərli rayonu
808.8
Ordubad rayonu
714.0
Sədərək rayonu
729.2
Şahbuz rayonu
785.1
Şərur rayonu
686.8
Sumqayıt şəhəri
954.6
Abşeron rayonu
800.1
Xızı rayonu
625.8
Ağsu rayonu
671.5
İsmayıllı rayonu
641.3
Qobustan rayonu
672.6
Şamaxı rayonu
737.9
Gəncə şəhəri
756.4
Naftalan şəhəri
656.4
Daşkəsən rayonu
1 111.8
Goranboy rayonu
679.9
Göygöl rayonu
718
Samux rayonu
699.9
Xankəndi şəhəri
1 485.6
Ağcabədi rayonu
650.1
Ağdam rayonu
673.7
Ağdərə rayonu
1 054.4
Bərdə rayonu
648.8
Füzuli rayonu
694.5
Xocalı rayonu
1 017.2
Xocavənd rayonu
721.1
Şuşa rayonu
942
Tərtər rayonu
654.2
Ağstafa rayonu
625.5
Gədəbəy rayonu
899.1
Qazax rayonu
762
Şəmkir rayonu
724.9
Tovuz rayonu
670.4
Xaçmaz rayonu
698.1
Quba rayonu
719.1
Qusar rayonu
730.1
Siyəzən rayonu
804.3
Şabran rayonu
683.1
Astara rayonu
702.1
Cəlilabad rayonu
718.7
Lerik rayonu
648.8
Lənkəran rayonu
698.9
Masallı rayonu
645.6
Yardımlı rayonu
651.3
Mingəçevir şəhəri
726.8
Ağdaş rayonu
629.2
Göyçay rayonu
665
Kürdəmir rayonu
721
Ucar rayonu
676.2
Yevlax rayonu
686
Zərdab rayonu
686.2
Beyləqan rayonu
658.9
İmişli rayonu
708.1
Saatlı rayonu
656
Sabirabad rayonu
655
Balakən rayonu
605.3
Qax rayonu
570.3
Qəbələ rayonu
773.3
Oğuz rayonu
641.6
Şəki rayonu
681.1
Zaqatala rayonu
662.9
Cəbrayıl rayonu
768.4
Kəlbəcər rayonu
743.5
Qubadlı rayonu
880.4
Laçın rayonu
730.6
Zəngilan rayonu
984.5
Şirvan şəhəri
889.9
Biləsuvar rayonu
685.9
Hacıqabul rayonu
735
Neftçala rayonu
692.2
Salyan rayonu
767.5
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1 083.8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4 171.8 manat, qeyri neft-qaz sektorunda 1 025.7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1 053.1 manat, özəl müəssisələrdə isə 1 115.6 manat olub.
Oxşar xəbərlər
"Glow Girls" təşəbbüsü: Yaradıcılıqdan real həllə – tələbələrin sosial məsuliyyət layihəsi
Ülkər Əhmədzadə Frankfurt (Oder) – Cəmi 10 avro ilə real bir sosial problemi həll etmək mümkündürmü? Avropa Universiteti Viadrina-da keçirilən Creativity and En...
