Azərbaycanda ən çox maaş alan kimlərdir? - SİYAHI/VİDEO
16
iyn
2024
18:34
2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Bununla da, orta maaş 1007,5 manata yüksəlib.
Əməkhaqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri-neft-qaz sektorunda 950,5 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin ortaaylıq əməkhaqları 943,2 manat, özəl müəssisələrdə isə 1077,2 manat olub.
Maraqlıdır, ortaaylıq əməkhaqqının artımına hansı amillər təsir edir?
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Maaşlar arta bilər?
Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqədar müzakirələr getməkdədi...