Azərbaycanda daha bir bazar ləğv edilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Yevlax-Mərkəzi Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
BAKU.WS İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, iclas 10 avqust, Yevlax şəhəri Fizuli küçəsi, ev 10 ünvanında keçiriləcək.
Yığıncağın iclasında gündəliyə “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərarın qəbul edilməsi, Ləğvetmə Komissiyasının tərkibinin təsdiq edilməsi, ləğv edilmə müddətinin müəyyən edilməsi, səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi daxildir.
Qeyd edək ki, “Yevlax – Mərkəzi Bazar” ASC 2000-ci ildə yaradılıb, İdarə Heyətinin sədri Elnur Əzizovdur.
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...