Azərbaycanda COVID-19-dan ən çox bu tarixdə yoluxma olub - RƏSMİ

12
iyn
2020
12:05
Azərbaycanda koronavirus infeksiyasından ən çox yoluxma halı 6 iyun tarixində baş verib.
Bu barədə BAKU.WS-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.
Bildirilib ki, ölkədə COVID-19 virusundan ən çox yoluxma sayı 379 nəfər təşkil edib.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanlar arasında daha çox 50-60 yaş arasında olan şəxslərdir. 0-9 yaş arası və 80 yaşdan yuxarı şəxslərdən də koronavirusa yoluxanlar var. Yoluxanlar arasında qadınların sayı kişilərə nisbətən üstünlük təşkil edir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
